adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Oktyabr 2019 12:59
10631
MƏMLƏKƏT
A- A+

Azərbaycanda 9 ayda 60 nəfər bu səbəbdən həlak olub

2019-cu ilin 9 ayı ərzində Azərbaycan ərazisində 14 192 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin 9 ayı ilə müqayisədə 622 hadisə və ya 5% çoxdur.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 60 nəfər həlak olub, 243 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 1030 nəfər təxliyə olunub.

Hesabat dövründə respublika ərazisində 139 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olub.