adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Oktyabr 2019 10:57
19142
SİYASƏT
A- A+

Yuri Boçarov: Azərbaycanın iqtisadi siyasəti xüsusi hörmətə və razılığa layiqdir

Azərbaycan Prezidentinin rəhbərliyi altında keçirilən dövlət iqtisadi siyasəti xüsusi hörmətə və razılığa layiqdir.

Bunu Trend-ə israilli ekspert Yuri Boçarov deyib.

O bildirib ki, Yerevanın Bakıya qarşı apardığı elan olunmamış müharibə şəraitində Azərbaycan yaxşı iqtisadi göstəricilər nümayiş etdirir:

"Bu cür mürəkkəb vəziyyətdə olmaqla, Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində mühüm uğurlara nail olub. Fikrimcə, hökumət orqanlarında baş vermiş kadr dəyişiklikləri, eləcə də dövlət başçısı və müvafiq strukturlar səviyyəsində keçirilən iqtisadi islahatlar doğru zamanda atılmış vacib addımlardır. Hesab edirəm ki, bu cür ciddi addımlar cari vəziyyətin dərin təhlili nəticəsində atılır. Düşünürəm ki, köhnə sistemin yeni ilə dəyişdirilməsi ilə bağlı qəbul edilən qərarlar iqtisadi inkişafın indiki mərhələsində tələbatla əlaqədardır”.

Ekspert dövlət başçısının Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi barədə qərarını Azərbaycanın dövlət siyasətinə əsaslanan düşünülmüş addım kimi dəyərləndirib:

"Dəyişikliklər hər zaman müsbət nəticələrə gətirib çıxarır, bu isə o deməkdir ki, Azərbaycan doğru yoldadır”.

Y.Boçarov dövlətin qeyri-neft sektorunun inkişafına yönəlmiş iqtisadi inkişaf modelinin mühümlüyünü vurğulayıb:

"Dövlət başçısının milli iqtisadiyyatın neftdən asılılığının azaldılması barədə qərarı, eləcə də qeyri-neft sektorunun prioritet sahələrinin inkişafına yönəlmiş məqsədyönlü addımlar ölkənin düşünülmüş daxili siyasətinin olduğunu göstərir. Fikrimcə, bu cür dəyişikliklərin reallaşdırılması nəticəsində Azərbaycan birmənalı şəkildə qazanacaq”.