adalet.az header logo
  • Bakı 13°C
28 Oktyabr 2019 16:48
42943
KRİMİNAL
A- A+

Şəkidə 68 yaşlı kişinin hamamda meyiti tapıldı

Şəki sakini hamam otağında ürək tutmasından ölüb.

Adalet.az-ın məlumatına görə, hadisə Şəki şəhəri, M.F.Axundov küçəsi, 143 saylı evdə baş verib.

Həmin evdə yaşayan, 1951-ci il təvəllüdlü Ələkbərov Rasim Məmmədəli oğlu yaşadığı evin hamam otağında qəfil infarkt keçirib. Mərhumun meyitini həyat yoldaşı aşkar edib.

Faktla bağlı araşdırma aparılır.