adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 Oktyabr 2019 10:22
15373
GÜNDƏM
A- A+

Nicat Novruzoğlu: NİYƏ ERMƏNİSTANDA MİLLİ QƏHRƏMANLARIN SAYI AZDI?!

Baxıram, hərdən Milli Qəhrəmanlarımızın sayına ironiya edirlər. Yazırlar ki, 20 faiz torpağı işğal olunmuş Azərbaycanın 215 Milli Qəhrəmanı var, amma bu qədər ərazini işğal etmiş Ermənistanın 47.

Yəqin ki, bu ironiya edənlərin qanı şəhid olanların qanından deyil, qarışıqdı.

İndi deyim onların Milli Qəhrəmanlarının sayı niyə azdı?

Əvvəla, o Milli Qəhrəman adı alan oğullarımız Ağdərəni işğaldan azad eləmişdilər, Tərtər- Kəlbəcər yolunu açmışdılar, döyüşə-döyüşə, sinələrini düşmən gülləsinə sipər edə-edə Xankəndinin 7 kilometrliyinə gedib çıxmışdılar, Kəlbəcərin Laçına Minkənddən keçən yolunu təmizləmişdilər . Və Milli Qəhrəmanların 90 faizi bu adı həmin zaman göstərdikləri igidliklərə görə almışdılar.

İkincisi, 20 faiz torpağımızı ermənilər deyil, xaricdən gətirdikləri muzdlular və xüsusilə də rus əsgərləri işğal edib. Ermənistan öz vətəndaşı olmayan həmin adamlara necə Milli Qəhrəman adı verə bilərdi?

Heç bunu fikirləşmisiniz?

İroniyanı saxlayın özünüzə. Onlar vuruşub şəhid olanda, ya qazi olanda sizlər hardasa qaçıb gizlənmişdiniz. Erməniyosunlular!