adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
31 Oktyabr 2019 10:16
12981
GÜNDƏM
A- A+

ŞAHBAZ XUDUOĞLUNA YARDIMLIDA 1 SOT TORPAQ DÜŞMÜRMÜ?!

«Qanun» nəşriyyatının direktoru neçə müddətdir doğulduğu Yardımlıda öz hesabına bir kitabxana tikdirmək istəyir. Bununla əlaqədar həm Yardımlı Rayon İcra Hakimiyyətinə, həm də Mədəniyyət Nazirliyinə neçə vaxtdır rəsmi müraciət edib, amma hələ ki bir cavab yoxdur.

Yəni doğrudanmı belə bir nəcib iş üçün Şahbaz Xuduoğluna Yardımlıda bir sot torpaq tapılmır?

Cavabı Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdan gözlə yirik. Özü də Ayaz müəllim şairlər, yazıçılar yurdu Tovuzdandı.

Bir məsləhət də Şahbaz bəyə. Bəy, əgər Yardımlı sənə kitabxana tikmək üçün torpaq ayırmasa, gəl o kitabxananı Ağcabədidə, yaxud Ağdamda (Quzanlıda) tik, həmin rayonların rəhbərləri məmnuniyyətlə Sizə 1 sot yox ey, lap 2-3 sot torpaq ayırarlar. Nə fərqi var, Vətənin hər yeri sənin deyilmi?