adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Oktyabr 2019 10:12
37137
DÜNYA
A- A+

BAĞDADİNİ «GENERAL MƏZLUM»la ƏVƏZ ELƏDİLƏR

İŞİD-in lideri Bağdadini öldürdülər. Deyirlər onun da meyitini, daha dəqiq desək, parçalarını Ben Laden kimi dənizə atacaqlar.

Bir terrorçubaşını aradan götürüb yerinə ayrı bir terrorçubaşı dikdilər: PYD-YPG-nin lideri «General Məzlum». General rəsmi rütbədir, yəni rəsmi dövlət ordularında general olur. PYD- YPG də terror təşilatıdı, ona general rütbəsini kim verib? Ola bilər ki, Ben Laden kimi o da Mərkəzi Kəşfiyyat İdarəsinin yetişdirdiyi bir agentdi və məxfi olaraq ona general rütbəsi veribmişlər və indiyədək demirmişlər.

İndi ABŞ da, Rusiya da ona «general» deyə müraciət edir. Və ABŞ onu Vaşinqtona rəsmi dəvət edib. Çox qəribədir ki, ABŞ Türkiyəyə qarşı müharibə edən bir terror təşkilatını rəsmi şəxs kimi Trampla görüşə çağırır, eləcə də qardaş ölkənin prezidenti sayın Ərdoğanı da Tramp rəsmi görüşə dvət edir.

Böylədir dünyanın işləri, Gizir! Bir də gördün ki, sayın Ərdoğanı onunla bir masa arxasında əyləşdirdilər. Bax, onda əsl faciə olacaq.