Çak-çuk - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
67340 | 2019-11-01 09:30

- İş tapdın?

- Hə, şükürtapdım.

- Maaşın nə qədərdi?

- 400 manat.

-Min bərəkət. Yəqin çak-çuku da olmamış olmaz?

- Nə? Çak-çuknədi?

Gənc çaşıb qalmışdı. Ölkəsinin dili Azərbaycan,özünün dili Rus dili olanlardan idi. Çak-çukun nə olduğunu bilmirdi. Bəlkə dəuruscasını bilərdi, amma azərbaycanca variantını anlamadı. Biz də çox üstünəgetmədik. Həm də çak-çukun rus variantını bilmirdik deyə sualımızı urusca verəbilmədik. Söhbət açıq qaldı. Biz onun aylıq gəlirini bildik. Aylıq çak-çukunuisə bilə bilmədik. Özlüyümüzdə bu qərara gəldik ki, 400-lə dolanmaq olar?!Bunun 100 faiz çak-çuku olmamış olmaz. Xeyirli olsun! Mübarəkdi! İki əlinişsizlərin təpəsinə!

Çak-çuksuz iş, iş sayılmır. Cəmiyyətimiz qəbuletmir belə işi. Gərək ki, hər bir işdə çak-çuk olsun. Çünki maaşa qalsa heç nəyimizolmaz. Məsələn, 500 manat maaşla nə qədər işləyəsən ki, özünə bu həyatda qiyməti100 min olan bir ev ala biləsən. Və yaxud da alababat bir maşın ala biləsən.Axı bu beş yüzün özünün beş yüz dərdi var. Odur ki, iş axtaranda çalışırıq ki, çak-çukuda olsun. Çak-çukla dolanıb maaşımızı yığaq. Yığıb özümüzə gün ağlayaq.

Çak-çuk hər sahədə var. Kim desə ki, nə danışırsan,bizdə çak-çuk ola bilməz, inanmayın. Bu mümkünsüzdür. Və yaxud kim desə ki,bütün bu gördüklərini mən çak-çuksuz əldə etmişəm, yenə də inanmayın. Ağyalandı.

Çak-çuk bizim damarımızdadır. Bəlkə də çak-çukyeganə bir zaddır ki, həm müxalifətdə var, həm iqtidarda, həm bitərəfdə, həm də bitərəfsizdə.

Hərənin özünə görə çak-çuku var. Əgər bu çak-çuk olmasaydıyaşayışı aylıq 500 manat hesablanan bəndənin 300 manatlıq işlə dolanması,yaşaması necə olardı? Sösüz ki, olmazdı.Amma fakt odur ki, dolanırıq. Deməliçak-çukumuz var.

Kim deyirsə ki, maaş bərəkətdi, boş söhbətdi, maaşabərəkət verən çak-çukdur. Çak-çuksuz maaşda bərəkət olar?

Bir tərəfdən baxanda çak-çuku maaşın islahatı daadlandırmaq olar.

İşlər var ki, çak-çuku maaşdan azdı. Noolsun ki,yenə də çak-çuk çak-çukdu. İş də var ki, maaş çak-çukun yanında heç maaş deyil.Heç onu kartdan çıxartmırlar da. Yığılır-yığılır şak-şuk miqdarına çatanda,çak-çuka bərabərləşən də kartdançıxardırlar.

Şair, yazıçı, jurnalist, həkim, müəllim, bənna, müğənnibir az da cəsarətli yazsam nazir, sədr, rəis, məmur hər biri çak çukdandolanır. Çörəkləri çak-çukdan çıxır.

Çörəyinözündə də çak-çuk var. Qramında.

Həkiminyazdığı dərmanların firmasında.

Müəlliminşağirdlərində.

Yolçəkənin asfaltda.

Qazverənin qazda.

Benzinsatanın benzində.

Şairinşerdə.

Bələdiyyənintorpaqda.

MollanınQuranda.

Mürdəşirinmeyitdə.

Çak-çukla doğulub, çak-çukla yaşayıb, çak-çukla dayola salınırıq.

Nə bilək, bəlkə də o biri dünyada da çak-çuk var. Məsələn, qapılardan buraxdıqca çak-çuk olur. Və ya qırqazanının qırında çak-çuk olur. Hingir-mingir çak-çuksuz necə dolana bilər?Hingir mingirlikdə də çak-çuk olmamış olmaz.

Bütün bunları yol boyu yırğalana-yırğalana fikirləşirdim.Məni bu fikirlərdən yoluma hakim kəsilmiş bir səs də ayıra bilmirdi. O səs dəçak-çuk səsi idi. Məni daşıyan vaqonun çak-çuku. Həyatımızın çak-çukundaitib-batan qatar çak-çuku.



TƏQVİM / ARXİV