adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Oktyabr 2019 12:58
8113
GÜNDƏM
A- A+

Bakıda dava - 17 yaşlı gənc iki nəfəri ölümcül bıçaqladı

Bakıda yeniyetmə oğlan iki nəfəri bıçaqlayıb.

Adalet.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Sabunçu rayonu, Sabunçu qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Qulu Ramik oğlu qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı 1989-cu il təvəllüdlü Osmanov Pərvin Xanlar oğlunu ürəyindən bıçaqlayıb.

Q.Məmmədov, həmçinin qəsəbə sakini, 1995-ci il təvəllüdlü Abbaslı Nihat Ehtiram oğluna qarın boşluğundan bıçaqla xəsarət yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və daha artıq şəxsin qəsdən sağlamlığına ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.