adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Oktyabr 2019 12:03
9211
MƏMLƏKƏT
A- A+

Prezident Qəbələdə gülçülük istixanası ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.

Dövlətimizin başçısına istixanada görülən işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, "AzRose” MMC xüsusi qızılgül növlərinin yetişdirilməsi üçünQəbələrayonunun Vəndam kəndində istixanaların quraşdırılması işlərinə 2017-ci ildən başlayıb.Qəbələistixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik "Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub.

Burada "Red Naomi”, "Avalanj”, "Talea”, "Aqua”, "Sweet Avalanj”, "Jumilia”, "Wow” və "Londoneye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir. Bu məhsullar bazara "Made in Azerbaijan” brendi ilə çıxarılacaq. Bundan məqsəd həm ölkəmizin adını beynəlxalq arenada uğurla təmsil etmək, həm də bu brend adı altında çeşidin çoxalmasına töhfə verməkdir.