adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Oktyabr 2019 11:25
11215
GÜNDƏM
A- A+

Sumqayıt İcra Hakimiyyəti: Nizami Gəncəvinin heykəli dağıdılmayıb

Sumqayıt şəhər İcra Hakimiyyəti şəhərin mərkəzi hissəsində ucaldılan dahi şair Nizami Gəncəvinin heykəlinin götürülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev açıqlamasında bildirib ki, məsələ ilə bağlı yaradılan ajiotaj əsassızdır: "Nizami Gəncəvinin heykəli Sumqayıtda "Cavid" Ticarət Mərkəzinin qarşısındakı kiçik parkda idi. Həmin parkın isə Nizami Gəncəviyə heç bir aidiyyəti yox idi. Hazırda şəhərdə "Nizami" Kinoteatrı inşa olunur və yaxın vaxtlarda istifadəyə veriləcək. Nizami Gəncəvinin abidəsi də ona görə oradan götürülüb və yeni inşa olunan "Nizami" Kinoteatrının qarşısında qoyulub. Yerdəyişmə yalnız bununla əlaqədardır. Yəni, heykəl adına layiq yerə köçürülüb. Abidə dağıdılmayıb, yeni ünvanda ucaldılıb".

Xatırladaq ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında dahi şair Nizami Gəncəvinin Sumqayıt şəhərindəki abidəsinin dağıdıldığı qeyd olunub. (trend)