adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
28 Oktyabr 2019 10:40
15793
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: AMMA





















Dili olsa danışardı gecəni
Kipriklərin islanardı aramla...
Ahlarımdan bu daşlaşan yastığın -
Dözümündə sən möcüzə arama!

Göz yaşımın ovuc - ovuc anında
Susub durub yanağımın yanında!
Ürəyimin sızıltısı canında -
Duyulsa da , o sıxılıb yarama!

Həm ətrindən, həm telindən saxlayıb
Üz - gözümü sinəsiylə bağlayıb...
Mən gecəni səhərəcən ağlayıb -
Qoymamışam o ağlasın , yar amma...

Bu yastığı çox çevirib , çox çırpıb
Yuxuları qaçqın etdim - göz qırpıb!
Əbülfətin yaxasından o dartıb -
Yatağına gətirməyi var amma!