adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Oktyabr 2019 09:55
33269
DÜNYA
A- A+

Bağdadi özünü və 3 uşağını partladaraq öldürüb - Təfərrüat

"Bağdadi öldü. Bir qorxaq kimi, qaçaraq və ağlayaraq...”

ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbubəkir Əl-Bağdadinin ölümü ilə bağlı təfərrüatları açıqlayıb.

 Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında İŞİD liderinin dünən gecə saatlarındaSuriyanın İdlib vilayətində xüsusi əməliyyat nəticəsində məhv edildiyini təsdiqləyib.

Trampın sözlərinə görə, Bağdadi bir həftə boyunda izlənilib və onun yeri müəyyən edilib.ABŞprezidenti bildirib ki, dünən baş tutan əməliyat zamanı Türkiyə, Rusiya,Suriyavəİraqla məlumat mübadiləsi aparılıb.

Əməliyyatın detallarına gəlincə, Tramp qeyd edib: "Bağdadi qaçaraq tunelə girib. O, yol boyu ağlayırdı. Təqib olduğunu görən Bağdadi üzərindəki partlayıcı quruğunu işə salaraq özünü partladıb. DNK nəticələri ölən şəxsin Bağdadi olduğunu təsdiqləyir”.

Trampın dediyinə görə, İŞİD rəhbəri tunelə qaçarkən 3 azyaşlı uşağını da özü ilə aparıb. Nəticədə onlar da ölüblər.