adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Oktyabr 2019 10:20
36033
DÜNYA
A- A+

Xəstə ölümündən bir neçə saat əvvəl evləndi

İngiltərənin Nortqempton şəhərindəki xəstəxanada ölümcül bir xəstə üçün toy təşkil edilib.

İyul ayında 33 yaşlı Qeri Smart sağlamlığından şikayətetməyə başlayıb.O, sinəsinin ağrısından əziyyət çəkib, arıqlayıbvə yuxusuzluqdan əziyyət çəkib.Sentyabrın sonlarında artıq ona ağciyər xərçəngi diaqnozu qoyulub. Həkimlər onun bir neçə gün ömrü qaldığını söyləyib.

Kişi həyatdan evli biri kimi getmək istədiyindən xəstəxanada ona toy təşkil olunub. Qohumları, dostları onun ətrafına toplaşıb, keşiş Qeri və 31 yaşlı Lauranı ər-arvad elan edib.

Toydan yeddi saat sonra Qeri vəfat edib.