adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Oktyabr 2019 16:50
44414
KRİMİNAL
A- A+

Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan "Mercedes-Benz C 180" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zaman nəqliyyat vasitəsinin sərnişini olan Azərbaycan Respublikası vətəndaşının yükünə "Çarli" ləqəbli kinoloji xidməti it reaksiya verib və çanta əsaslı yoxlanılıb.

Nəticədə çantanın tutacaq hissəsində 2 ədəd uzunsov, qara polietilenə bükülü, xalis çəkisi 194.581 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.