hacklink Adalet.az | Növbəti Könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib Adalet.az | Növbəti Könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Növbəti Könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib

3400    |   2019-10-26 16:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 26-da Dövlət Gömrük Komitəsində fəaliyyət göstərəcək növbəti "Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitənin aidiyyəti strukturlarının nümayəndələri və "Könüllü gömrükçü" dəstəsinin 118 üzvü iştirak edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, könüllü gömrükçülər qarşısında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil Azərbaycanın inkişaf strategiyasının mərkəzində gənclər siyasətinin dayandığını bildirib. Komitə sədri diqqətə çatdırıb ki, daim gənclərə yüksək diqqət və qayğı göstərən Prezident İlham Əliyev onların potensialının üzə çıxarılması, bilik və bacarıqlarının artırılması, həyatın bütün sahələrində irəli çəkilməsinə, yüksək etmad göstərilməsinə xüsusi önəm verib.

Səfər Mehdiyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinin və könüllü hərəkatının formalaşması, daha da inkişaf etməsində Birinci vitse-prezident Mehriban Əliyevanın reallaşdırdığı və müxtəlif sahələri əhatə edən layihələrin mühüm rol oynadığını diqqətə çatdırıb.

O da vurğulanıb ki, sıralarında minlərlə gənci birləşdirən könüllülərin ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli konfranslarda, mədəni-kütləvi tədbirlərdə, idman yarışlarındakı səmərəli və uğurlu fəaliyyəti onlara göstərilən yüksək dəstək, qayğı və etimadın nəticəsi kimi qiymətləndirilməlidir.

Daha sonra gömrük sistemində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, bu islahatların mahiyyəti, hədəfləri və uğurlu nəticələri barədə qısa məlumat verən Komitə sədri bildirib ki, gömrük orqanları şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılması, ölkəmizin ixrac və tranzit potensialının artırılmasında mühüm addımlar atıb. Eyni zamanda, gömrük işinin təşkilində tətbiq edilən yeniliklər və həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan gömrüyü dünyanın ən inkişaf etmiş ölkələrinin təmsil olunduğu Avropa regionuna sədrlik etmək hüququ əldə edib. Komitə sədri bildirib ki, əldə edilən uğurlarda gömrük sistemində çalışanların əksəriyyətini təşkil edən gənclərin rolu danılmazdır.

Səfər Mehdiyev artıq könüllü gömrükçü dəstəsinin ilk üzvlərinin fəaliyyətini uğurla başa vuraraq sertifikatlarla təmin olunduğunu, yeni üzvlərin də bilik və bacarıqlarının artırılması, potensialının üzə çıxarılması istiqamətində bütün zəruri addımların atılacağını, lazımi dəstəyin göstəriləcəyini bildirib və onlara uğurlar arzulayıb.

Könüllü gömrükçülər adından çıxış edən Fərid Rəsulzadə gömrük orqanlarında 4 aylıq fəaliyyəti zamanı əldə etdiyi bilik və bacarıqların gələcək həyatı ilə yanaşı, karyerasının qurulmasında da mühüm rol oynayacağını vurğulayıb və könüllü gömrükçülər adından yaradılan şəraitə, göstərilən dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.




İmza:

Kəramət Böyükçöl: "Mən Qarabağa görə vuruşmaram!" - MÜSAHİBƏ

Səfir Ukraynada nəsimişünas şairi ziyarət edib

QMİ sədri : Erməni dini liderləri razılaşmalara əməl etmir

Prezident iki quruma pul ayırdı

Əbülfəs Qarayev Parisdə rəsmi görüşlər keçirib

Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib

DGK və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib

MİRZƏ CƏLİLLƏ BAĞLI BİR QALMAQALI DA BİZ YARADAQ

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Prezident İlham Əliyev Ağcabədi rayon icra başçısını vəzifəsindən azad edib

Fərid Abdullah: Qadınlar, beşmərtəbəli evin altıncı mərtəbəsinə qalxmayın

"Gördüm ki, bir dəstə yekəqarın kişi Xiyabanda şəkillər çəkdirib yazıblar ki..." - Qalmaqal

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK