adalet.az header logo
  • Bakı 13°C
26 Oktyabr 2019 15:27
21242
MƏMLƏKƏT
A- A+

Bərdə sakini polisə yalan məlumat verdi, şərikinin pulunu mənimsədiyi üzə çıxdı

Bərdə RPŞ-yə müraciət edən Qarayusifli kənd sakini Z.Əzizli oktyabrın 25-də saat 5 radələrində Alpoud kəndi ərazisində yerləşən bazarda 2 nəfərin onun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirərək 8745 manat pulunu almasını bildirib. Z.Əzizliyə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla Z.Əzizlinin üzərindəki pulun şəriki olan qohumu T.Qurbanova məxsus olması, həmin məbləğdən 5150 manat pulu yaşadığı evdə gizlətməsi, bir qismini isə borcu ilə əlaqədar şəxsi istifadəsinə xərcləməsini, sonradan bu cinayət əməlini ört-basdır etmək üçün evdən götürdüyü bıçaqla özünə xəsarət yetirib quldurluq barədə yalan məlumat verməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Z.Əzizlinin yaşadığı evdən 5150 manat pul maddi sübut kimi götürülüb.

Araşdırma aparılır.