adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
26 Oktyabr 2019 10:20
22933
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: AND İÇİRƏM

Ruhdu qapını döyən
Qarşıla, oxşa, bəyən.
Sənin ayağın dəyən -
Hər yerə and içirəm!

Olmayanda yanında
Həmin o bir anı da -
Hiss etdinmi canında -
Sən pirə and içirəm!

Sən mənim hər kəsimsən...
Dinimsən , nəfəsimsən...
Yaşamaq həvəsimsən -
Min kərə and içirəm!

İçimdə lillənir yaş
Nəm çəkir məndən dağ, daş...
Sənə, bir də , duya kaş -
O, BİRƏ and içirəm!

Çəkdiyim fərqli çeşid
Sevgim - özü də behişt!
Bax qəlbinə və eşit -
Bu cürə and içirəm!..