adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Oktyabr 2019 10:24
17111
GÜNDƏM
A- A+

BƏLƏDİYYƏLƏRƏ PUL AYIRMAQLA BƏLƏDİYYƏLƏR VARLANMAZ

Oxudum ki, bu il bələdiyyələrə müəyyən layihələrini həyata keçirmək üçün 1 milyon manat vəsait ayrılacaq. Ölkədə 1606 bələdiyyə var. Əgər bölsələr hərəsinə 500 manat düşmür. Onu da deyirlər ki, bələdiyyələr torpaq vergisi yığa bilmir.

Bələdiyyəni varlandırmaq istəyirsinizsə ki, o da xalqın qulluğunda dursun, müəyyən layihələr həyata keçirə bilsin, yəni əsl bələdiyyə olsun, qardaş Türkiyədəki kimi, onda birinci, bələdiyyələrə müstəqillik vermək lazımdı. Kənardan təsir etmək, göstəriş verməklə əl-qolunu bağlamayın.

İkincisi, rayonlarda bələdiyyə torpaqlarında müxtəlif şirkətlər zavod tikib, fabrik tikib, emal müəssisəsi tikib, bu da bir-iki hektar ərazi demək deyil ey, ən aşağısı 50-100 hektar deməkdi. Buyurun, qanuniləşdirin, onlar bələdiyyəyə qazandıqları puldan müəyyən faiz vergi versinlər. Yoxsa,1 milyon manatla…

Qarşıdan bələdiyyə seçkiləri gəlir, hələ də bu barədə fikirləşməyə dəyər.