adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Oktyabr 2019 14:13
24702
GÜNDƏM
A- A+

Elza Səmədli: Məni bağışlayın, Vurğun müəllim!

3 həftədir tələbələrin, dekanlıq əməkdaşlarının və departament müəllimlərinin hər cümə axşamı təkidlə Sizi məzarınızda ziyarət etmələrinə bir bahanə taparaq mane oluram. Məni bağışlayın, Vurğun müəllim... Bu gün yenə eyni şey oldu. İndi də məşqi bəhanə etdim... Təəccüblü baxışlarını görməzlikdən gəldim..

Axı onlara necə deyim ki, ora getmək məni qorxudur?! Ora gedərsək, həqiqəti qəbullanmış olarıq.. Necə deyim ki, Vurğun müəllimi orada görməyinizi istəmirəm...

Ən yaxşısı biz yenə düşünək ki, Siz yenə başınızı alıb Karsa getdiniz... Bir gün çıxıb gələcəksiniz... Biz də həvəslə Sizin yolunuzu gözləyəcəyik.

25 oktyabr 62-ci doğum gününüz... Biz Sizin ən yaxın dostlarınızla sizi anladacaq, sizə duyğularımızı qəlbimizin dərinliklərindən gələn sözlərlə, sevdiyiniz şeirlərlə, musiqilərlə göndərəcəyik...

Siz də bizə həmişəki mütəvazi, bir az da mahçup tavrınızla gülümsəyəcək, təşəkkür edəcəksinz.

Məni bağışlayın, Vurgun Eyyub! başqa cür fikirləşməyə və yoxluğunuzu qəbul etməyə hazır deyiləm...
Siz də bağışlayın..

Bu gün mənə təəccüblü gözlərlə baxan tələbələrim, həmkarlarım və əməkdaşlarım....