Faiq QİSMƏTOĞLU: DÖZÜM

FAİQ QİSMƏTOĞLU
45673 | 2019-10-25 14:12

...Allah dözümlü və səbrli bəndələrini daha çox istəyir. Çünki Allahın bu bəndələrihər vaxt o böyük Yaradana sığınıblar və sığındıqlarına görə də Ulu Yaradan həmişəonları qoruyub, hifz eləyib. Adam var ki, bir balaca ayağı büdrəyəndə, birbalaca işləri düz gətirməyəndə, bir balaca çətinlik yaşayanda o dəqiqə özünüitirir və daha doğrusu, özünə qapanır,bir anlıq donub qalır. Bir başqası da çox əsəbi olanda, adi bir mübahisə zəminindəbir neçə saniyə səbr edə bilmir; həm özünü, həm də qarşısındakını bədbəxt eləyir.Yəni ya bıçaqla, ya da odlu silahla vurub onu öldürür. Sonra da ömrü boyu canıtürmədə çürüyür, qətlə yetirdiyi adamın ruhu isə ona heç vaxt rahatlıqvermir...

... Adibir çətinliyə, kasıblığa və pulsuzluğa, aclığa dözməyən adam çıxış yolunumübarizədə çalışıb-vuruşmaqda yox, intiharda görür. Bu yaxınlarda belə bir iradəsizliyinvə zəifliyin şahidi olduq. Belə ki, mətbuatda bu cür xəbər yayılmışdı: "QubadanŞabran rayonuna anası ilə gəlib fəhləlikeləyərək çörək qazanmaq istəyən bir gənc oğlan özünə qəsd edib”. Onlar hər ikisi Şabranda kirayəşin qalırmış.Oğlan da anasına deyirmiş ki, darıxma, mən işləyib ev də alacam, səni dədolandıracam! Amma o uşaq bunların heç birini eləyə bilmir, çox çətin anlaryaşayır. Bu çətinliklərə və məşəqqətlərə dözməyərək intihar etməmişdən öncəanasına məktub yazır, özünün bağışlanmağını istəyir və sonra da intihar eləyir.Bu nədən irəli gəlir? Əlbəttə, iradənin zəifliyindən və çətinliyə dözməməyindən.Əgər o gəncin dözümü möhkəm olsaydı, qəlbində və ürəyində güclü Allah sevgisiolsaydı, heç vaxt ihtihar eləməzdi. Çünki Allah-Təala intihar eləməyi da günahsayır və kimsə bu yolu tutursa, böyük günah işlətmiş olur...

Ancaq həyatınən çətin anlarında hər gün məşəqqətlərə dözən və hətta ölümə belə qalib gələnçox dözümlü insanlar da var. Mən onlardan biri barəsində söhbət açacağam.Düzdür, onun adını və soyadını yazmayacağam. Heç bunun mənası da yoxdur. Sadəcəolaraq, o adamın xarakteri, dözümü və mübarizəsi məni həmişə təəccübləndirib vəondan nəsə öyrənməyə, əğz eləməyə çalışmışam. O demək deyil ki, söhbətaçdığımız insan çox ideal adamdı. Onun da öz qüsurları, nöqsanları var. Ancaq oadamdakı həyat eşqi, gələcəyə ümid və mübarizə bəlkə də yüz min adamdan birindəolur. Elə bu yazını da ona görə qələmə alıram ki, çətin vəziyyətdə olaninsanlar ona baxıb intihar yolunu yox, burulğandan, çətinlikdən, qaranlıqdançıxmağın yolunu axtarıb tapsınlar...

... Oadam dağ adamıdır və o adam həm də elmlər namizədidir. Uşaqlıqdan çox çətinlikləüzləşib. Öz gücünə Azərbaycan Dövlət Universitetini bitirib. Axşam oxuyub,gündüz də tikintidə qaynaqçı işləyib. Bir sözlə, gecəsi-gündüzü olmayıb,bacısına, qardaşına arxa durub, çörək verib. Düzdür, indi onun çörəyinin duzuyoxdur. Çünki arxa durduğu qardaş, bacı onun çətin anlarında bir dəfə də olsunqapısını açmayıb...

...Dünyada həmişə iradəli insanlar keçmişə yox, gələcəyə baxırlar. Elə bu işıqlada, bu nurla da uzaqdan görünən o işığa doğru addımlayırlar. Həmin dostumuz dahəyatın burulğanlarına düşüb, ağır açıq ürək əməliyyatı keçirib. Ürək əməliyyatından5 gün sonra işə çıxıb. Müdiri də məəttəl qalıb ki, balam, sən xəstəsən, bir azistirahət eləyərdin, sonra gələrdin. Həmin adam üçün isə xəstəlik heç vaxtqorxulu olmayıb və hər şeyə üstün gəlib.Başqaları bəhanə eləyib aradan çıxanda, işlədiyi kollektivin ən ağır işini oaşırıb. Elə müdir də ona hörmətlə yanaşıb. Deyib ki, səni dəyirmanın boğazınaölü atsan da, diri çıxacaqsan. Bax, ona görə də həmişə sənə güvənirəm...

... Birgün də oğlu çətin vəziyyətə düşür. Onda da yaxınları ondan üz döndərir. Təkcəözü quyunun dibinə düşən o uşağı bir ətək pul verib çətinlikdən xilas edir. Heçkimə ağız açıb kömək də istəmir. Hansı ki, kömək elədiyi adamlardan bu çətinanda bir səs çıxmır. Özünə çöx gözəl həyat qurur, ikimərtəbəli ev tikir, həttaqızına bu həyətdə qəşəng bir mənzil inşa edir. Gecə-gündüz yatmır, o sahədə 3-4ev tikərək kirayəyə verir. Yəni bu adam öz zəhməti, əməyi hesabına bütün çətinliklərdənçıxmağı bacarır...

... Birgün də müdiri ilə sözü çəpləşir. Mübahisə eləyirlər. Müdirinə deyir ki, sən eləadamsan barmağının beşini bal eləyib ağzına dürtsən də deyəcəksən ki, zəhərdi.Düz 10 il o kollektivdə işləyir. Hər ay müdirinə kənddən pay-pürüş gətirir. Bəzənbir gündə üç dəfə müdirinə pul verir. Axırda görür ki, müdiri buna dəyərvermir, ordan çıxıb gedir. Çünki müdir də kimdən xoşu gəlmirmişsə, belə bir əmrləişdən çıxarırmış: "İşdə yol verdiyi ciddi nöqsanlara görə...”. O da müdirin qəzəbinədüçar olmamaq üçün elə üzüsulu ərizəsini yazıb işdən gedir. İşdəki danosbazlarhəmişə müdirin qulağını doldururmuşlar. Müdir də pis müdir deyilmiş ey, yaxşı insan imiş! Sadəcəolaraq, ətrafındakılar oğraş gədələrmiş. Kollektivdə bir təmiz adam qalır,danosbazlar onu da gözdən salır. Və həmin adam da görür ki, onu gözdənsalırlar, o da başını götürüb gedir...

... Günlərinbir günü bu dözümlü və iradəli adam əvvəl işlədiyi müdirlə bir yeməkxanada təsadüfəngörüşür. O, köhnə müdirinə yaxınlaşır, hesabı ödəyir və deyir ki, müdir, Allahsənin balanı saxlasın, nə yaxşı məni işdən qovdun! Yoxsa işdə qalsaydım, bu qədərev-eşiyi, var-dövləti, maşını necə əldə edəcəkdim. Müdür də gülüb deyir ki, aycüvəllağı, özün ərizənlə getmisən. Bu gün də qayıtsan, səni işə götürərəm.Çünki sənin yerini heç kim verə bilmir. Bir-iki qohumumu gətirmişəm, onlar da mənigözdən salıb pul atırlar...

...Insan nəyə desən qadir olan bir canlıdır. Təki onun ürəyində və qəlbində həyateşqi sönməsin. Bir ildir ki, həmin dözümlü və səbrli insanda sağalmaz bir xəstəlikyaranıb: böyrək xəstəliyi! İndi o, həftədə üç dəfə dializə gedir və həftədə üçdəfə ölümlə çarpışır. Deyir ki, gözümün qarşısında bəzən dializ götürən xəstəkeçinib. Amma mən qətiyyən bundan qorxmuram. Alnıma nə yazılıbsa, onu da görəcəyəm.Çünki hələ heç bir canlı Allahın əmrindən çıxa bilməyib...

... Eləki, dializdən çıxır, evə yox, birbaşa iş dalınca qaçır. O işi yoluna qoyur, buişi qaydasına salır və sonra rahatlanır. Evə gələndə isə nəvələri qabağınaqaçır. "Baba, mənim ad günümdür”. Babası da elə-belə baba deyil ha. Onların hədiyyəsiniöncədən hazırlayır. Qiymətli bir şey alır, sonra da restorana aparır və nəvələrinəqonaqlıq verir...

... Evdəhəyat yoldaşı da xəstədir. Ona da arxa durub kömək edir və deyir ki, mənimyanımda xəstəlikdən danışmayın. Durun gedək sizə bir qonaqlıq verim. Canıağrıya-ağrıya ailəsini, balalarını, nəvələrini götürüb aparır Batumiyə. Təbiətinqoynunda, gözəl yerlərdə onlara qonaqlıq verir. Qabaqlar sevdiyi bir xanım davardı, onu da götürüb aparırdı Batumiyə, Türkiyəyə, Yesintukiyə, Kislovodskiyə.Orda o ki, var kef eləyiblər. Deyirəm a zalım oğlu zalım, birdən arvad bildi, sənindərinə saman təpməz? O da gülür və deyir ki, biz qardaşların onsuz da ikiarvadları olur. Onlar hər şeyə öyrəşiblər. Evdə hamı da bilirdi ki, mən o qadınlaoturub-dururam...

Bəzən dədeyir ki, vallah, bu xəstəlik yox, tamah məni öldürəcək. Elə istəyirəm ki, budaşı o daşın üstünə qoyam, bir şey tikəm. Mənim qazandığım pulların hamısıdaşa, sementə gedib. Amma mənim bir dostum var, o gün hesablamışam ki,pullarının sayı 300 min dollardı. Bu bəlkə də bir zarafatdı dostumuz danışır...

... Bironu bilirəm ki, ağır xəstəliklə mücadilə edən, hər səhər ayağa qalxan və buağır xəstəlikdən qorxmayan adam dünyanın ən dözümlü, ən güclü, ən möhkəmadamıdı. Bu yazını ona görə qələmə aldım ki, qoy zəif və aciz adamlar bu güclü,dözümlü adama baxıb nəticə çıxarsınlar, həyatın burulğanından çıxmağıbacarsınlar.

... Adibir çətinliyə, sıxıntıya məruz qalan kimi intihar yolu seçməsinlər. Çünki dünyaintihar edənlərin yox, mübarizə aparanların, həyat eşqi güclü olanların vədözümlü insanlarındı...

TƏQVİM / ARXİV