adalet.az header logo
  • Bakı 12°C
25 Oktyabr 2019 13:52
43172
DÜNYA
A- A+

İmamoğlu ilə şəkil çəkdirəndə ehtiyatlı olun (elə bizimkilərə də aiddir)

Enver Ayvacı AKP-li Üsküdar Bələdiyyəsində işlədiyi vaxt İBB başqanı Ekrem İmamoğlu ilə çəkdirdiyi şəkli və "təqaüddə yaşa ilişənlər" deyə paylaşım etdiyinə görə işdən çıxarıldığını iddia edir.

Ayvacı etiraz edərək deyib:

"İki il əvvəl "ilin ən yaxşı işçisi” seçilərək Bələdiyyədən mükafat aldım. 14 ildir işləyirəm, bir gün də olsun səhvim, hörmətsizliyim olmadı. Yağış, qar demədən gecədən səhərə qədər zibil təmizləyirəm. İşimi sevirəm, amma Bələdiyyə bir SMS-lə məni işdən qovdu. Haqqını tələb etmək günahdırmı?”.

Qeyd edək ki, Enver Ayvacı 31 mart seçkilərindən sonra işdən çıxarılan 150 işçidən biridir.