adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
25 Oktyabr 2019 11:55
23722
SİYASƏT
A- A+

Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşü başladı - CANLI YAYIM

Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb.

Azərbaycan RespublikasınınPrezidentiİlham ƏliyevZirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Zirvə Görüşünü Qoşulmama Hərəkatının hazırkı sədri olan Venesuela Bolivar RespublikasınınPrezidenti Nikolas Maduro açıb.


"Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.

***
(08:58)
Bu günBakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü işə başlayacaq.

Zirvə Görüşündə 158 dövlət və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Tədbirin işıqlandırılması üçün 246KİVnümayəndəsi akkreditasiyadan keçib.

Zirvə Görüşünün yekununda 4 sənədin imzalanması gözlənilir. İlk 3 sənədə Qarabağ münaqişəsi ilə bağlı məsələlər daxil edilib.

Xatırladaq ki, Qoşulmama Hərəkatı 1961-ci ildə yaradılıb. Təşkilatın 120 üzvü var. Bundan əlavə, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat hərəkatda təmsil olunur. Qoşulmama HərəkatıBMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilat hesab olunur.