adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Oktyabr 2019 10:03
19251
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: İŞIQ

Qaranlığın dibində
Alışdı bir şam - işıq...
Ömrümü də bürüdü -
İlahi, bu tam işıq...

Nə düşündün de, indi
Gözüm . könlüm sevindi...
Ruhum sənin evindi -
Aldım səndən kam, işıq!

Tək qocalır o, damda
Yarı para adam da...
Qəm isindi odamda -
Oldu vallah, dam işıq!

Hər an od, nur andıran
Bu odu gur yandıran,
Günəşi nurlandıran, -
Ver mənə bir cam, işıq!..