adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Oktyabr 2019 16:28
7725
HADİSƏ
A- A+

Tovuzda miktoavtobus "VAZ"la toqquşub

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 23-də saat 17 radələrində Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində kənd sakini Qədim Ağayevin idarə etdiyi "VAZ-2107” markalı avtomobillə şəhər sakini S.Quliyevin idarə etdiyi "Mercedes” markalı mikroavtobus toqquşub.

Nəticədə Q.Ağayev və sərnişinlərindən həmkəndlisi İsmət Qarayev hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.