adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Oktyabr 2019 18:09
8612
GÜNDƏM
A- A+

Nazirlik Sumqayıtda Xəzər bağlarında yaranan iy-qoxunun səbəblərini açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Xəzər bağları massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bunu Trend-ə açıqlamasında 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı iy-qoxunun Xəzər bağları ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub.

"Yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır”.