adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Oktyabr 2019 16:37
8474
GÜNDƏM
A- A+

Rusiyadan PKK/YPG-yə xəbərdarlıq : "YPG Türkiyə sərhədindən çəkilməzsə, əziləcək"

"YPG Türkiyə sərhədlərindən çəkilməzsə, Türk ordusu tərəfindən əziləcək".

Adalet.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Türkiyə ilə Rusiya arasında imzalanan Soçi Memarandomuna münasibət bildirərkən deyib. Peskov ABŞ-ın YPG-yə xəyanət etdiyini də qeyd edib.

"ABŞ YPG ilə ən yaxın müttəfiq oldu. Ancaq yenə də onları tərk etdilər. Əsasən onlara xəyanət ediblər və indi YPG-ni sərhəddə tutmağı və onları türklərlə vuruşmağa məcbur edirlər. YPG, Türkiyə sərhədindən çəkilməzsə, Türk ordusu tərəfindən əziləcək" - Peskov belə deyib.