adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Oktyabr 2019 16:25
8522
GÜNDƏM
A- A+

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilib - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə "Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra "Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilsin.