adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Oktyabr 2019 09:41
13287
GÜNDƏM
A- A+

İSPANİYA, FRANSA VƏ BELÇİKADAKI SƏFİRLƏRİMİZƏ DIQQILI BİR SUAL

Böyük suallar çoxdu , amma mən dedim dıqqılısını verim ki, bəlkə cavab verə bildilər.

Düzdür, adətən həmişə tənqid elədiyim Xarici İşlər Nazirliyi səfirlərə verəcəyim suallarla bağlı çox ciddi bəyanat verdi. Amma mənim sözüm bizim həmin ölkələrdəki səfirlərimizədi. Azərbaycanda 19 oktyabrda icazəsiz mitinq keçirildi. Mitinqin təşkilatçılarına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərarlarından çəkinmədilər. Nəticədə də polis öz vəzifəsini yerinə yetirərək icazəsiz mitinqin qarşısını aldı.

ABŞ-ın Azərbaycandakı səfirliyi də icazəsiz mitinqlə bağlı sərt bir bəyanat verərək ölkəmizi insan haqlarını pozduğuna görə ittiham etdi və sair və ilaxır.

Neçə vaxtdır İspaniyada, Fransada və eləcə də Belçikada etiraz mitinqləri keçirilir. Və polisin mitinq iştirakçılarına qarşı necə vəhşicəsinə davrandıqlarını görürük. Hətta mitinq iştirakçılarını atlarla tapdalayırlar.

Hörmətli səfirlər, sizlər də bu məsələlərlə bağlı, yəni həmin ölkələrdə insan hüquqlarının vəhşicəsinə tapdanması ilə bağlı, heç olmasa mənim dıqqılı sualım kimi dıqqılı bir bəyanat vermisinizmi?!

Xatırladım ki, İspaniyadakı səfirimizin maaşını Anar Məhərrəmov, Fransadakı səfirimizin maaşını Rəhman Mustafayev, Belçikadakı səfirimizin maaşını Fuad İsgəndərov alır.