adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ŞƏFALI ƏLLƏR

FAİQ QİSMƏTOĞLU
57371 | 2019-10-23 12:40

... İnamolmayan yerdə həyat yoxdur. Gərək insan nəyəsə inansın və bu inamın işığıyla daqaranlıqdan çıxa bilsin. Ən azından ona görə ki, inam olmayan yerdə insandiriykən özünü ölü kimi hiss eləyir. Elə ki, insanın qəlbində inam yaranır vəyağışdan sonra həyata can verən rişəkimi yaşamaq ümidi də artır. İnsanın ən böyük inamı Allahdır. Çünki Allaha inamolmayan yerdə insan oğlu heç vaxt bir addım belə ata bilməz, yaşamağı bacarmaz.

Bizdəinsanlar həm Allaha inanırlar, həm ziyarətgahlara, həm də çox böyük ümidlə şəfatapacaqları həkimlərə. Təbii ki, hər bir xəstədə, pasiyentdə inam olmasa, o,çox çətin sağala bilər. Bir dəfə rəhmətlik atam Bakıya gələrkən bərk xəstələndi.Daha doğrusu, ürəyinin ağrısı baş qaldırdı. Burda o həkim, o kardioloq qalmadıki, üstünə gətirməyək. Onların arasında tibb elmləri doktorları, professorlarda vardı.

Ammaatamın yanına rəhmətlik böyük qardaşım gələndə dedi ki, ay bala, gələndə kənddənHidayət həkimi də gətirərdin. Kişi Allaha necə inanırdısa, Hidayət həkimə də eləinanırdı. Çünki dəfələrlə Hidayət həkim onu ölümün pəncəsindən xilas eləmişdi.Həmişə ən ağır anında, Hidayət həkimi arzulayardı...

Mənim 30ildən çox tanıdığım və eləcə də müalicə olunduğum bir müalicəxana var – "Abşeron”sanatoriyası. Çox vaxt müalicəyə ora getmişəm və orda da 30 il tanıdığım birtibb bacısı - Kimya Qarayeva ilə tanış olmuşam. Düz 30 ildir ki, Kimya xanımlabacı-qardaş münasibətimiz davam eləyir. Hətta müalicəyə gedə bilməyəndə də zəngeləyib əhvalımı soruşub, müəyyən müalicələri götürməyimi tövsiyə edib.



Düzdür,o tibb bacısıdır. Amma 45 illik həyat təcrübəsi onu daha təcrübəli tibb işçisikimi yetişdirib. Elə çox vaxt mən ona "həkim” deyə müraciət edirəm. O da gülürvə deyir ki, müəllim, həkim mən deyiləm, başqalarıdı. Mən sadəcə olaraq, burdamədə-bağırsaq, öd kisəsinin yuyulması ilə məşğulam. İnsan kim olursa olsun, gərəköz seçdiyi peşənin mahir bilicisi olsun. Bu mənada mən deyərdim ki, Kimya xanımQarayeva respublikamızda öz peşəsini bilən 5 bacarıqlı tibb bacısından biridi.Çox vaxt hər yerdən əli üzülən, bağırsağında qanaxması yaranan xəstələr onuaxtarıb tapırlar. O da bağırsağın yuyulması zamanı üzə çıxan fəsadları görür vəbu barədə pasiyentə məlumat verir. Daha doğrusu, pasiyenti məlumatlandırır ki,bağırsağında qanaxması var, onu təbii otlarla və müəyyən dərmanlarla müalicəetmək mümkündür. Heç bu müalicənin dəpulu o qədər də çox eləmir. Cəmi 10-15 manat təbii otlara və yağlara pul gedəbilər. Amma hansı ki, pasiyent bu müalicəni götürməsə, bir müddətdən sonra cərrahiyyəəməliyyatına məruz qalırsa, 1200-1500 manat pulu çıxacaqdır. Ona görə də bu gün insanlarınmaariflənməsinə çox böyük ehtiyac var. Çünki mövcud durumu başa düşən savadlı vəziyalı pasiyent daha asan yolla müalicə oluna bilir.

Mən təsadüfənbu epizodu xatırlamadım. Çünki dəfələrlə orda müalicə olunarkən görmüşəm ki, səhhətindəproblem yaranan insanlar bu məsələyə çox laqeyd yanaşırlar. Və sonradan onlarınağır cərrahiyyə əməliyyatına məruz qaldıqlarının da şahidi olmuşam. Xəstəxanalardanfərqli olaraq, sanatoriyalara səhhətində cüzi problemləri olan insanlar üztuturlar. Əlbəttə, müxtəlif xəstəliklərin ilkin başlanğıc dövründə yüngülolduğu üçün onu sanatoriya müalicəsi ilə sağaltmaq çox asan olur.

Yaxındostlarımdan biri deyir ki, əgər, ağır xəstəliyə düçar olmusansa, ya Almaniyayaget, ya Amerikaya, ya da İsrailə. Sanatoriyaya getmək istəyirsənsə, ya Yesintukiniseç, ya da "Abşeron”u. Karlovı Varının adı çıxıb. Orda olmuşam, nə Yesintukininyerini verib, nə də bizimkinin.

Mən həmişəgörmüşəm ki, Kimya xanımın yanına kim gəlibsə, çox böyük inamla, ümidlə gəlib.Bu xanım da ümidlə, inamla gələnləri böyük sevgiylə qarşılayır. Mənim dostlarımolan yazıçı-publisist Nazir Çərkəzoğlu, İqbal müəllim, Məzahir müəllim, Seymurmüəllim həmişə bu müalicəxanaya gələndə Kimya xanımı axtarıb tapıblar. Ondansavayı da burda mədə-bağırsaq, öd kisəsi yuyan və mikroklizma eləyən tibbbacısı var. O da çox bacarıqlıdır. Amma əksəriyyət tanıdığına, bildiyinə vəinandığına görə, bu xanımın müalicəsini götürürlər və deyirlər ki, onun əlləriçox şəfalıdır.

Həkimin,tibb bacısının əlləri şəfalı olmaqla yanaşı, dili də şirin olmalı və insanlarasevgiylə yanaşmağı bacarmalıdır. Kimya xanımı 45 il tanıyan pasiyentlərinhamısı çox yaxşı bilir ki, o, bu keyfiyyətləri özündə necə daşıyır. Çünki buxanımın şəfalı əlləri olmaqla yanaşı, çox böyük ürəyi də var. Və bu ürəyinsahibi ona üz tutan pasiyentlərə öz əzizləri, doğması kimi baxır.

Kimyaxanım Qarayeva bayaq dedik ki, 45 ildir ki, bu şəfa ocağında çalışır. O, ölkə Prezidentininsərəncamı ilə "Tərəqqi” medalına layiq görülüb, əmək veteranıdır. Dəfələrləyaxşı işinə görə, rəhbərliyin Fəxri Fərmanını alıb. Və həmişə də deyir ki, mənözümü ona görə xoşbəxt sayıram ki, pasiyentlərim məndən razı qalırlar.

Buxanımın həm də gözəl ailəsi var. Nəvələri həmişə onu sevgiylə əhatəyə alır. Oda nəvələrini görəndə bütün ağrı-acı çiyindən götürülür, özünü daha rahat vədaha xoşbəxt hiss eləyir.

Müalicəxanadaonunla yanaşı, İradə, Mehriban, Maya, Toma, Sədaqət, Sevinc, Zərifə, Tellixanım da çalışırlar. Ən başlıcası isə bu müalicəxanaya gələn insanlar ümidlərininvə istəklərinin göyərdiyini görürlər. Belə ki, müalicəni qəbul edəndən bir müddətsonra ağrı-acılarının azaldığını və sağaldıqlarını bildirirlər. Dostlarından biri Nadir Çərkəzoğlu deyir ki,bu müalicələri götürəndən sonra düz 1 il özümü əla hiss edirəm və heç bir yerimdə ağrımır. Yaşım 65 keçsə də, çalışıram ki, heç olmasa ildə bir dəfə Kimyaxanımın yanında olum, onun müalicələrini götürüm.

Şəfanıverən öncə Allahdır. "Əl Fatihə” surəsinin 5-ci ayəsində buyurulub ki, "Yalnızmənə ibadət edin və yalnız məndən kömək istəyin”. Əlbəttə, xəstəxanaya həkiminyanına gedən hər bir şəxs şəfanı Ulu Yaradandan istəyir. Və hətta həkimlərdeyirlər ki, əvvəlcə şəfanı Allahdan, sonra bizdən istəyin. Çünki Allahın izniolmadan biz heç bir şey edə bilmərik.

Bura gələnpasiyentlər də elə şəfanı böyük Yaradandan istəyirlər. Sonra da görürlər ki,burda şəfa tapırlar. Və şəfa tapdıqları tibb bacılarından biri də Kimya xanımQarayevadır. Allah-Təala bütün şəfa verən həkimləri qorusun və Kimya xanımınözünü, ailəsini, balalarını, nəvələrini də hifz eləsin!


TƏQVİM / ARXİV