İlham Əliyev Macarıstan Prezidentinə təbrik məktubu göndərib
Prezident İlham Əliyev Macarıstanın Prezidenti Zati-aliləri Yanoş Aderə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Macarıstan əlaqələri gündən-günə genişlənməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim sülh və firavanlıq diləyirəm".
Digər Xəbərlər
19 Mart 2024 11:43
“NATO Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu da yüksək qiymətləndirir”
19 Mart 2024 11:41Britaniya səfiri xalqımızı Novruz bayramı münasibətilə təbrik edib
19 Mart 2024 10:16Aqiyə Naxçıvanlı: “Bu il Novruzu Qarabağda və Şərqi Zəngəzurda bu torpaqların əsl sahibləri qarşılayır”
18 Mart 2024 20:00Azərbaycan icması Britaniya Parlamentinə etiraz məktubu göndərib
18 Mart 2024 19:39