adalet.az header logo
  • Bakı 7°C
22 Oktyabr 2019 16:44
43416
KRİMİNAL
A- A+

Ağdamda məhbus məhbusu telefon mağazasında ürəyindən bıçaqladı

Ağdamda telefon mağazasında bıçaqlanma hadisəsi baş verib.

Adalet.az-ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Qəsəbə ərazisində "Azercell Telecom" MMC-nin mağazasında qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs olunmuş və hazırda məhkumluğu ödənilməyən, 1988-ci il təvəllüdlü Abışov Alim Səfi oğlu Ağdam rayonunda yaşayan, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş, 1981-ci il təvəllüdlü Mustafayev Fariz Ayaz oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində A.Abışov F.Mustafayevi ürəyindən bıçaqlayıb.

Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.