adalet.az header logo
  • Bakı 7°C
22 Oktyabr 2019 16:00
55305
MƏDƏNİYYƏT
A- A+

Afaq Bəşirqızı konfransı tərk etdi: “Sizə ar olsun! - VİDEO

Bu gün Bakıda TeatrXadimləri İttifaqının 14-cü konfransı keçirilib.

Tədbirdə qalmaqal baş verib. Belə ki, Xalq artisti Afaq Bəşirqızı etiraz əlaməti olaraq konfransı yarımıçıq tərk edib. O, TeatrXadimləri İttifaqını və onun sədri Xalq artisti Azər Paşa Nemətovu sərt şəkildə tənqid edib:

"Bu ittifaqı vaxtında kişilər yaradıb. O kişilərin əvəzində işi görənlərə deyirəm ki, sizə ar olsun!TeatrXadimləri İttifaqının konsepsiyası məlum deyil, cəmiyyətlə ayaqlaşmır. Onların nəyə xidmət etdiyini başa düşə bilmirəm.

BizGürcüstandan20manataayaqqabıalıb,sənətçininayağınageyindiririk.Hanı bizim gözəl pinəçilərimiz, qrim ustalarımız?! Hanı TeatrXadimləri İttifaqının rəhbərliyi?! Hanı kişilərin qoyub getdiyi miras?!".

Daha ətraflı videodan izləyin: