adalet.az header logo
  • Bakı 7°C
22 Oktyabr 2019 14:59
33097
DÜNYA
A- A+

“İrandan xoş olmayan səslər gəlir” - Ərdoğanın Ruhaniyə mesajı

"Barış pınarı” əməliyyatı ilə bağlı İrandan bəzi xoş olmayan səslər gəlir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən öncə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Prezident Həsən Ruhani başda olmaqla bu səslərin susdurulması lazımdır.

"İranın belə münasibəti məni və bütün həmkarlarımı narahat edir”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri Makron, Merkel və Consonla görüşəcəyinə dair məlumata da aydınlıq gətirib. Onun sözlərinə görə, Böyük Britaniyanın baş naziri Boris Consonla NATO sammitindən əvvəl və ya sonra görüşə bilər.

Xatırladaq ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron Almaniya kansleri Angela Merkel, baş nazir Boris Consonla birgə Londonda Ərdoğanla görüşə biləcəklərini deyb.(azvision.az)