adalet.az header logo
  • Bakı 6°C
22 Oktyabr 2019 13:15
8767
GÜNDƏM
A- A+

Azərbaycan XİN Ermənistanın Qoşulmama Hərəkatının sammitində iştirakı barədə

Hələlik Ermənistan tərəfindən Qoşulmama Hərəkatının Bakı sammitində iştirakla bağlı müraciət daxil olmayıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov brifinq zamanı deyib.

O bildirib ki, iştirak onlayn şəkildə həyata keçirilir:

"Sammitdə iştirak etmək istəyənlər ərizə verir. Hələlik Ermənistan tərəfindən müraciət daxil olmayıb”.

Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirakı edəcək.