adalet.az header logo
  • Bakı 7°C
22 Oktyabr 2019 12:49
16561
SİYASƏT
A- A+

Bakı sammitində 4 sənəd imzalanacaq

"Qoşulmama Hərəkatının Bakı zirvə toplantısında 158 dövlət və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək".

Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, zirvə görüşündə 4 yekun sənədin imzalanması gözlənilir:

"Zirvə görüşündə Bakı bəyannaməsi, Bakı Siyasi Bəyannaməsi, Təşkilatçı ölkəyə təşəkkür sənədi və Fələstin üzrə sənədin imzalanması gözlənilir. İlk 3 sənədə Qarabağ münaqişəsi ilə bağlı məsələlər də salınıb".(azvision.az)