adalet.az header logo
  • Bakı 6°C
22 Oktyabr 2019 12:14
16334
SİYASƏT
A- A+

“Qanunsuz aksiya ilə bağlı araşdırma aparılsın!” - Siyavuş Novruzov

"Oktyabrın 19-da Bakının mərkəzində qanunsuz mitinqə cəhd olub. Bu, qeyri-qanuni addımdır. Bir qrup Azərbaycanı istəməyən, xalqın, dövlətin əleyhinə, erməni lobbisi ilə əlbir olanlar ölkəmizdə sabitliyi pozmağa cəhd etdilər, xalq-iqtidar birliyinə xələl gətirməyə çalışdılar”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov deputatları bu məsələyə münasibət bildirməyə, mövqelərini ortaya qoymağa çağırıb: "Hüquq mühafizə orqanları bu mitinqlə bağlı araşdırma aparmalıdır. Hər kəs mövqeyini ortaya qoymalıdır”.