adalet.az header logo
  • Bakı 7°C
22 Oktyabr 2019 11:31
7662
HADİSƏ
A- A+

Qusarda hündürlükdən dərəyə düşən şəxsin axtarışları aparılır

Qusarda hündürlükdən dərəyə düşən şəxsin axtarışları aparılır.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərdə deyilir ki, oktyabrın 21-də saat 18:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusar rayonunun Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.

Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.