Ən böyük düşüklük - Tələbələrin başına qutu keçirtdilər
Hindistanın cənub qərbindəki Karnataka əyalətindəki "Bhagat Pre University” kollecində gündəmi alt-üst eləyib. Buna səbəb tələbələrin bir-birilərindən cavab köçürməməsi üçün başlarına qutu keçirtməkləri olub. Universitetin rəhbərliyi fotoların ortaya çıxmasından sonra geri addım atıb.
Tələbələrin başına keçirilən qutuların ön hissəsində görmək üçün yer açılıb.
Bu durumu bikən valideynlər kollecə axışıb etiraz edəndən sonra kollec rəhbərliyi valideynlərdən və tələbələrdən üzr istəyib. Kollecin direktoru açıqlamasında bunları deyib:
"Bu bir sınaq idi və 72 tələbədən cəmi 52-si bu sınağa qatılıb. O qutuları tələbələr özləri evdən gətiriblər və çoxusu imtahan vaxtı 15-30 dəqiqədən sonra başlarından çıxarıblar. Heç bir tələbəni məcbur etməmişik”.