adalet.az header logo
  • Bakı 7°C
22 Oktyabr 2019 09:36
18494
ƏDƏBİYYAT
A- A+

Etibar Əliyev: Sabir Əhmədlinin yaradıcılığı lazımınca öyrənilməyib

Xalq yazıçısı Sabir Əhmədlinin "Yazılmayan yazı" avtobioqrafik memuar-romanını oxudum. Böyük yazıçının şəhid oğlu haqqında yazdıqları ürəkləri parçalayır: "Ömür yoldaşımla bir-birimizi istəmişik. Ayrı cür də ola bilərdi. Yoldaşım öz baxtımmış, çıxıb qabağıma. Üç övlad bəxş edib mənə. İki oğlan, bir qız. Hər üçü öz varlığım qədər şirin, doğma, qanı-qanımdan, canı-canımdan. Sonuncu oğlanın doğulması da qəribədir. Kəndə getmişdik yayda dincəlməyə. Qoca xalam soruşdu: - Neçə uşağınız var? Dedim: - iki. Təəssüfləndi: - Azdır. Bəlkə qarğa gəldi birini apardı? Demək biri tək qalacaq.

Bu söhbətdən bir ilə yaxın sonra üçüncü uşaq oldu. Atam xəstəydi. Hələ uşağın oğlanmı, qızmı olacağını bilmədən ana bətnindəykən ona hələ sağ atamın adını-Məhəmməd qoymuşduq. Elə də oldu. Gözəl oğlan idi. Ərköyün, sonbeşik. Hamı onu istəyir, sevirdi. Taleyi də faciə ilə bitdi. Ermənilərlə savaşda şəhid oldu."

Təəssüflər olsun ki, Sabir Əhmədli kimi böyük yazıçı və şəxsiyyətin yaradıcılığı və keçdiyi şərəfli yol lazımınca öyrənilməyib. Biz də beləyik...