Anamın məni döyməyindən canımı necə qurtardım? - Eminquey yazır

EMİNQUEY AKİF
55997 | 2019-10-21 12:16

Anamademişdim ki, bir tədbir var, ora gedirəm. Evdən çıxdım. 28 may ərazisinə çatdım. Başladım işimigörməyə. Mitinq, səs-küy, polis sirenaları, ora qaçıram, bura qaçıram. Əynimdəki PRESS yazılmış göy jilet məni bu vurhavurun içində toxunulmaz edir. Qəfilanam zəng vurdu. Qaça-qaça binaların arasına girdim, səssiz bir yer tapıb anamacavab verdim. "Tədbirə çatmamışam hələ”. İşimi görüb evə qayıtdım. Qapıdan içərigirəndə əynimdəki PRESS yazılmış göy jileti görən anam duruxdu. "Bu nədi?Hardaydın, bala?” deyən kimi gülə-gülə "Mitinqdə idim” dedim. Soruşdu ki, "Bəsmənə niyə demədin?”.

Dedim sənədesəydim aman verməyəcəkdin işimi görməyə, narahat olacaqdın. Narahat olma, göy jiletdə mənə heç kim heç nə etməz. Junalistəm mən. İndi bunları boşver, bədənim yorğunluqdan ağrıyır, ovxala məni. Hiss elədim ki, anam elə bilhirsini çıxır məndən, ovxalamır, əzişdirir. Başımı qaldırıb dedim:

- Bax, indidurub göy jilıetimi geyinərəm, əlini də vura bilməzsən mənə!

Gülə-güləboynumu qucaqlayıb öpdü məni...

TƏQVİM / ARXİV