adalet.az header logo
  • Bakı 7°C
21 Oktyabr 2019 10:47
7836
HADİSƏ
A- A+

DSX narkotik qaçaqmalçılığının qarşısını aldı - FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə isti-qamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd XidmətiMətbuat Mərkəzindən verilən məlumata görə, 18 oktyabr 2019-cu il tarixdəCəlilabadrayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindəİranİslamRespublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanunsuz keçirdikləri əşyaları ataraq geri qaçıblar.

Həmin əşyalara baxış keçirilib, 15 kq 445 qram narkotik vasitə və 580 ədəd "Metodon-40” psixotrop dərman preparatları olması müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.