Ekoaktivistlərin növbəti hədəfi Biq Ben qülləsi olub
Londonda davam edən ekoaktivist mitinqləri zamanı növbəti hədəf bütün dünyada Biq-Ben adı ilə məşhur olan Britaniya parlamentinin saat qülləsi olub.
Adalet.az xəbər verir ki, 43 yaşlı aktivist Ben Atkinson təmir gedən qülləyə qalxaraq etirazını orda davam edib. O, iqlim və ekoloji vəziyyətlə bağlı plakatlar qaldırıb. Atkinson Baş Nazirlə danışmaq istədiyini bildirib. 3 saat sonra polis tərəfindən yerə endirilən Atkinson həbs edilib.
Buna baxmayaraq etirazlar Oksford Sirkus, Trafalqar Meydanı və Vestminister ərazilərində davam edib.
Qeyd edək ki, etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub.
Digər Xəbərlər
25 Aprel 2024 11:31
Prezidentlər Füzulidə dağıdılmış yerlərə baxdı
25 Aprel 2024 11:23Əli Əhmədovun bu hərəkəti prezidentləri güldürdü - VİDEO
25 Aprel 2024 11:21Sadır Japarov Füzuliyə getdi
25 Aprel 2024 10:57Orduda komanda-qərargah təlimləri keçirilir - VİDEO
25 Aprel 2024 10:55