adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Oktyabr 2019 13:10
10117
GÜNDƏM
A- A+

Gəncədə 5 yaşlı uşaq qızdırmadan öldü

Gəncə şəhərində azyaşlı xəstəlikdən dünyasını dəyişib.

Adalet.az-ın məlumatına görə, hadisə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında baş verib.

Gəncə şəhər sakini, 2014-cü il təvəllüdlü Abdullayeva Zəhra Ramiz qızının bir neçə gün qızdırması olub. Azyaşlı Gəncə şəhər Dəmir Yolu Xəstəxanasına aparılsa da, orada müalicələr nəticə verməyib. Uşaq oktyabrın 19-da səhər saatlarında yüksək hərarət ilə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Uşaq xəstəxanaya çatdırılandan bir müddət sonra orada dünyasını dəyişib.