adalet.az header logo
  • Bakı 19°C
19 Oktyabr 2019 17:55
9749
GÜNDƏM
A- A+

Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb.

Adalet.az-ın məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Qo Min deyib.

Onun sözlərinə görə, iqtisadiyyat və ticarət sahələrində Çin Azərbaycana 22 layihənin reallaşdırılması üçün indiyədək 500 milyon yuan (70 milyon dollardan çox) dəyərində qarşılıqsız kömək edib:

"Bu il avqustun sonuna olan vəziyyətə görə, iki ölkə arasında ticarət dövriyyəsi 1,543 milyard dollara çatıb və ötən ilin eyni dövrü ilə müqayisədə 104,64 faiz artıb. Bu, rekord göstəricidir”.