adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 Oktyabr 2019 11:15
12016
GÜNDƏM
A- A+

Rusiyada bənd uçdu: 12 nəfər öldü, 13 nəfər itkin düşdü

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb, 13 nəfərin taleyi isə məlum deyil.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qızıl mədəni yaxınlığında su anbarının bəndinin uçması ilə yaranmış dalğanın hündürlüyünün 4 m-dən çox olduğu bildirilib.