adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Oktyabr 2019 16:40
12063
GÜNDƏM
A- A+

Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov İmişli şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialının inzibati binasında vətəndaşları qəbul edib.

Nazirlikdən verilən məlumata görə, həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Ağdamda, nazir müavini Elnur Soltanov isə Beyləqan şəhərində yerli sakinlərlə görüşüb.

Vətəndaşlar elektrik enerjisi təchizatı, qazlaşdırma, elektrik enerjisi və ya qaza görə hesablanmış borc və cərimələrin silinməsi, qaz sayğaclarının quraşdırılması, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Energetika nazirinin qəbulu zamanı vətəndaşlar nazirliyə edilən müraciətlərin operativ həll edilməsi, şikayətlərin qanunauyğun şəkildə araşdırılaraq cavablandırılması ilə bağlı təşəkkürlərini bildiriblər.

Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşların müraciəti dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaş qəbulu zamanı Saatlı və Kürdəmir rayonlarından qəbula gələn vətəndaşların, eləcə də Ağdam rayonunda məskunlaşmış məcburi köçkünlərin müraciətləri dinlənilib və operativ həlli üçün lazımi göstərişlər verilib.

Ümumilikdə qəbullarda 35 vətəndaşın müraciətinə baxılıb.