adalet.az header logo
  • Bakı 17°C

İstədiyin səs səndən çıxacaq

CEYHUN MUSAOĞLU
190476 | 2013-05-11 00:30

Siyasətdənyazdım, bir şey çıxmadı. Ədəbiyyatdan yazdım, cəmi bir şey çıxdı. Mədəniyyətburalarda beyin adamları üçün deyil, geyim adamları üçündü deyə, vaz keçdim.İctimaiyyətin varlığı və yoxluğu barədə ümumiyyətlə məlumatsızam. Bəs nədənyazım? İşimin adı yazmaqdı axı.

Nəhayəttapdım: Bundan sonra qələmimi Azərbaycan şou-biznesinə həsr edəcəm. Hər birazərbaycanlı şou-biznesə hansısa töhvə verməlidir. Müğənnilərimizə kömək etməkvacib əməllərdəndir. Bu mövzuda çox araşdırma apardım, çox düşünüb-daşındım.Nəhayət orijinal ideya tapdım. Bildiyiniz kimi, bizim şou-biznesdəkimüğənnilərin hər şeyi var, səslərindən başqa. Daha doğrusu səs var e, ancaqdanışmaq üçün. Əksəriyyət kişidən qadın, qadından isə kişi səsi çıxır.Eşitmişəm ki, özləri də utanırlar bu durumlarından. Razı ola bilmərəm ki, onlarxəcalətlərindən əriyib suya dönsünlər.

Türkiyədəbir həkim tapmışam - İsmayıl Koçak. İsmayıl qardaşım adamların səsinidəyişdirir. Şəxsən mənə deyib ki, istənilən kişinin səsini qadın, istənilənqadının səsini kişi səsi edə bilir. O, əməliyyata az vaxt sərf edir vəqiymətlər də ucuzdu. Aramızda ikitərəfli danışıqlar olub. Deyib ki,şou-biznesin müğənnilərindən hansıklassiklərdən biri kimi oxumaq istəyərsə, onu bu arzusuna çatdırar.Məsələn, Qədir Rüstəmovun səsindən yoxdu, eləmi?.. Amma Koçak düzüb-qoşur.Nadir Qafarzadədən belə, QədirRüstəmovun səsini çıxarar. Koçak deyir ki, Məleykə Əsədova Rübaba Muradova kimi oxumaq istəsə, ünlü aktrisamızısevindirə bilər.

"Hərşey oxumaq üçün, hər şey şou-biznes üçün". Bu şüar altında fəaliyyətəbaşlayıram. Bizim əksər müğənnilər özlərini məşhurlara oxşatmağa çalışırlar,onlar kimi oxumaq üçün dəridən - qabıqdan çıxırlar. Dəridən-qabıqdan çıxmaqlazım deyil, puldan xərcləmək lazımdı. Bilirəm, yazını oxuyan müxtəlifalətlərin ifaçıları pəjmürdə olacaqlar. Ki, onların üzərində əməliyyat aparanhəkim niyə yoxdu? Niyə Habil Əliyev kimi kamança, Zaur Əliyev kimi piano, Rəmişkimi gitara çala bilməsinlər?.. Darıxmayın, dostlar. Yəqin İsmayıl qardaşımsənətini təkmilləşdirə-təkmilləşdirə sizə də gün ağlayacaq. Onunla aramızdaolan razılaşmada belə bir maddə var. Həlilik isə qollarımızı müğənnilərimizəaçmışıq. Danışmağa səsi olmayan adamı belə, möhtəşəm səsə sahib etməkgücündədir, bizim Koçak.

Sevinirəm.Bundan sonra şou-biznesimizdə həmişə bahar olacaq. Kim hansı səsi çıxarmaqistəyir, İsmayıl qardaşımız onun qulluğundadı. Ancaq mənim vasitəmlə həkimləgörüşmək olar. Mən bilməliyəm ki, səsini dəyişmək istəyən müğənninin məqsədinədi. Bəlkə səsini qalınlaşdırıb, səhnədən üstümüzə bağıracaq... Yaxudnazikləşdirib, beynimizi deşəcək...Fikrinizi açıq deyin. Deyin ki, kişiyəmsə kişi, qadınamsa qadın səsi iləoxumaq istəyirəm.

CeyhunMusaoğlu

TƏQVİM / ARXİV