ŞEYTANIN ŞEYTANLIĞI - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
48268 | 2019-10-18 15:18

"Dinsiz elm kor, elmsiz din topaldır

AlbertEynşteyn”

Salamdostlar.

Fikirveribsinizsә, yazılarımda daim elmә üstünlük verdiyimi vurğulayıram. Elmyalnızca bir sahәyә mәxsus deyildir. Tarixin әn qәdim çağlarında Türk şahzadələrininhәr birinin azı üç dil bildiyi sәnәdlәrdә zәbt olunub. Bizim tarix boyu böyükdövlәtlәr vә on altı imperiya yaratmağımızın özülündә dә bu dayanır, yәni elm.

Sәkkizinciyüzildә yazılan Bilgә Xaqan abidәsinin şәrq üzündә bu sözlәr yazılıb: "Ondansonra şahzadələr böyük qardaşları kimi yaradılmayıb şәksiz, oğulları atalarıkimi yaradılmayıb şәksiz. Ağılsız, lәyaqәtsiz xaqanlar taxtda әylәşib,komandirlәri dә ağılsız, lәyaqәtsiz imişlәr. Bәylәri vә xalqı itaәtkar olmadığıüçün, Çin xalqı hiylәgәr, saxtakar olduğu üçün qardaşları bir-birinә saldığı,bәylәrlә xalqı bir-birinә qarşı qışqırtdığına görә, Türklәr dövlәt taxtındaәylәşdirdiyi xaqanını itirib. Bu sәbәblә Türk xalqı, Çin xalqına bәy olmağa layiqoğullarını qul edib, xanım olmağa layıq qızlarını cariyә edib”.

Hәmişәbu sözü dilә gәtirirәm, "tarix ondan dәrs çıxarılarsa tarixdir, dәrsgötürülmürsә, yalnızca nağıldan ibarәtdir”.

Müqәddәskitabımız "Qurani Kәrim”in Maidә surәsinin 51-ci ayәsindә "Ey iman edәnlәr!Yәhudilәri vә xristianları dost tutmayın. Onların bәzisi, bәzisinindostlarıdır. İçinizdәn kim onları dost tutarsa, şübhә yoxdur ki, o daonlardandır”- deyilib.

Bugün elә bir dünyada yaşayırıq ki, bilmirik kim müsәlmandır, kim deyildir. Haçanәrәblәrin quyruğu qapı arasında qısdırıldı, o saat onları dünya arenasındamüdafiә etdik, çünki din qardaşlarımızdır dedik.

BirinciDünya Müharibәsindә Mәkkәyә "Şәrif” tәyin etdiyimiz Hüseyn ingilislәrdәn aldığıqızıllarla çöl әrәblәrindәn 70 min nәfәrlik ordu yaradıb oğlunu İngiltәrәnincasusu Lowrәns ilә birlikdә onun komandiri tәyin etdi. Mәhmәtciklәrimizikürәyindәn güllәlәdi, halbuki biz onların torpaqlarını imperialistlәrә, başda ingilislәr,fransızlar vә italiyanlara qarşı qoruyurduq.

Dünәnәkimi fәlәstinlilәrә İsrail hücum çәkdikdә dünya miqyasında әn yüksәk sәslәonları müdafiә etdik, çünki müsәlmandılar. Qırx ildir ölkәmizdә qırğın törәdәnPKK/PYD/YPG terrorçuları da müsәlmandılar.

Avropalılarda, amerikalılar da indiyә kimi kürdlәrә daim arxa oldular, onları silah-sursatyönündәn dәstәklәdilәr. Ruslar da onlardan gәridә qalmadı vә 1970-ci illәrdәn bәri qışqırdaraq Türk xalqının canınasaldılar. Hәtta PKK-lılar öncә kürdlәri qırarkәn dә oğul-uşaq, qadın-kişi fәrqiqoymadılar.

BirinciDünya Müharibәsinin әsl mәqsәdi Sәlib yürüşlәrindәn fәrqli deyildi. PKK/PYD-ninTürkiyәdә terror aktları törәtmәsinin әsl mәqsәdi dә hәmin mәqsәdlәrә xidmәtedir.

Türkiyәhaçan ki, terrordan zara gәldi vә dövlәtinin, dövlәtçiliyinin tәhlükә ilәüzlәşәcәyini gördükdә, ayağa durub quduzlar sürüsünә dәrsini vermәyә qalxdıqda,dünәnә kimi dәstәklәdiyimiz fәlәstinlilәr bizi işğalçı elan etdilәr.Fәlәstinlilәr üçün sinә cıranların sağ üzünә möhkәm bir sillә çәkdilәr. ӘrәbLiqası da elәcә. Bunlar da müsәlmandı, din qardaşlarımızdı???

Amerikagördü ki, yetişdirdiyi quduzlar Mәhmәtciyin qarşısında zәlil-zәbun oldu o saatonların mәhv olmasına icazә vermәk istәmәdi vә fırıldaqçı Trump iki adamınıyolluyaraq Türkiyәnin әlinә-әtәyinә düşüb "amandır, hәrәkatınızı saxlayın, bizPKK/PYD-lilәri sәrhәdlәrinizdәn çәkәcәyik” - deyә söz verdi. Görәsәn niyә???

BaşdaAmerika olmaqla xristian Avropaya, Moskvada PKK-nın nümayәndәliyini hәlә dәaçıq saxlayan Rusiya Federasiyasına sual verib desәn ki, ay filan-filan, axıikidә bir deyirsizin, demokratiyadan tәrәfik, insan hüquqlarına hörmәt bәslәyirik,terrorizmә qarşıyıq, bәs terrorçuları niyә dәstәklәyirsiniz? O dәqiqә dillәritopuq döyәcәk vә söhbәtdәn kәnar sözlәri deyәcәklәr. Gәldilәr vә dedilәr…

Әzizqardaşım, mehriban bacım, 18-ci yüzildә I Pyotrun vәsiyyәtinin nәticәsidir ki,Qәrbi Azәrbaycanda Ermәnistan yaradıldı, oradaki Azәrbaycan türklәri zorladәdә-baba torpaqlarından çıxarıldılar. Zәngәzur koridoru İranın quzeyindәn,İraq vә Suriyanın quzeyindәn keçәrәk, Aralıq dәnizinә çatacaq Kürdçü koridorabağlanmaq mәqsәdiylә yaradıldı. Rusiya ona görә Suriyadadır, Amerika Türkiyәninvә İranın parçalanmasını mәqsәd güdәrәk İraq vә Suriyanı işğal etmişdir.Dünyanı bölüşәn bu iki xristian dostun İraq vә Suriyada olmasının yeganәmәqsәdi Türkiyә vә İranın parçalanması, buralarda özlәrinә bağlı olacaq vassalbәyliklәrin yaradılmasıdı.

18-ciyüzildә yaşamış Әrzurumlu İbrahim Haqqı hәzrәtlәri "Görәlim mevlam neylәr,neylәrsә güzәl eylәr” deyib.

Yaxşıbәs biz indi vә indәn belә neylәmәliyik? Öz övladlarımızı eynilә avropalılarkimi haçan yetişdirmәyә başlayacağıq? Haçan hardasa 300 milyona çatan dünyamızıheç olmasa mәdәni yöndәn birlәşdirmәyә başlayacağıq???


TƏQVİM / ARXİV