adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Oktyabr 2019 14:42
9734
GÜNDƏM
A- A+

ABŞ mediası Trampa qarşı: "Ərdoğan qələbə çaldı"

ABŞ mətbuatı Türkiyə ilə Suriya məsələsində razılıq əldə olunmasını "Türkiyənin zəfəri” kimi təqdim edib.

Adalet.az xəbər verir ki, ABŞ-ın nüfuzlu "Nyu York Tayms” nəşri məsələ ilə bağlı "Türkiyə savaşı dayandırmağı qəbul elədi, lakin qoşunlarını Suriyanın şimal-şərqindən çıxarmayacaq” başlıqlı geniş məqalə yayımlayıb.

"Razılaşma bir çox cəhətdən Türkiyə üçün zəfərdir. Türkiyəyə istədiyinin bir çoxu verildi və Trampın iqtisadi sanksiyalarının da qarşısı alındı”, - nəşr yazıb.

Nəşr həmçinin razılaşmaya tənqidi yanaşanların sözügedən sənədi "Trampın Ərdoğan tərəfindən bir gündən qısa müddət ərzində ikinci dəfə alçaldılması” kimi qəbul etdiyini qeyd edib.