adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Oktyabr 2019 14:28
13734
GÜNDƏM
A- A+

Vəkillər Elinanın intiharına dair cinayət işində direktora ağır cəza tələb etdilər

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru hakim önünə çıxarılıb.

Adalet.az xəbər verir ki, 162 saylı orta məktəbin keçmiş direktoru Sevin Abbasovanın məhkəməsi Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilib.

Prosesdə Elina Hacıyevanın hüquqi varisinin nümayəndələri, vəkillər Sevinc Əliyeva, Emin İsayev çıxış ediblər. Onlar təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini, həbs edilməsini istəyiblər.

Məhkəmədə Təhsil Nazirliyinin nümayəndəsi də çıxış edib. Nümayəndə mülki iddianın təmin edilməməsini istəyib

Məhkəmə prosesi oktybarın 24-ə təyin edilib.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışı edib. Prokuror Sevin Abbasovanın azadlığının 2 il 6 ay müddətinə məhdudlaşdırlmasını istəyib.

Rəsmi ittihama görə, ittihamda qeyd olunub ki, Elina Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb.

O da qeyd edilir ki, Alına sonuncu hadisədən öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevin Abbasova bununla bağlı hər hansı addım atmayıb.

Direktor sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib.

İttihama görə, E.Hacıyeva özünü məktəbdən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayıb. Bununla fa E.Hacıyevanın həyatını təhlükədə qoyub.

Elan olunmuş ittihamla Sevin Abbasova özünü təqsirli bilməyib.

Sonuncu məhkəmə prosesində Elinanın ailə üzvlərinin vəkilləri məhkəməyə 100 min manatlıq mülki iddia təqdim ediblər. Vəsatətdə cavabdeh tərəf kimi Təhsil Nazirliyi göstərilib. Məhkəmə vəsatəti icraata qəbul edilib.

Xatırladaq ki, məhkəmənin qərarı ilə Sevin Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır.

Məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevin Abbasova cinayət məsuliyyətinə cəlb edilib.

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. (musavat)